Şrift:
Əfqanıstanda şiddətli döyüşlər gedir: “Taliban” bir rayonu və 17 polis məntəqəsini ələ keçirib
11.09.2019 [12:06] - Gündəm, Hərb
TOLONews xəbər agentliyi xəbər verir ki, Dohada ABŞ və “Taliban” liderləri arasında əldə olunmuş razılaşmadan sonra Əfqanıstanda vəziyyət daha da gərginləşib. Hazırda ölkənin Taxar əyalətində hökumət qüvvələri ilə “Taliban” silahlıları arasında şiddətli döyüşlər gedir.

Döyüşlər nəticəsində Taxar əyalətinin Yanğı Qala rayonu və 17 polis-nəzarət məntəqəsi “Taliban” silahlıları tərəfindən ələ keçirilib. Əyalətin qubernatoru Məhəmməd Cavad Hicri bildirib ki, silahlıların hücumu iki gün əvvəl başlayıb və hökumət qüvvələri onları zəbt etdikləri ərazilərdən sıxışdırıb çıxarmağa çalışır. Onun sözlərinə görə, döyüşlərdə 28 “Taliban” silahlısı, o cümlədən qruplaşmanın komandiri Molla İmamuddin öldürülüb. Qubernator əlavə edib ki, hökumət qüvvələri dinc əhali arasında itkilərin olmamasına çalışıb və bundan istifadə edən “Taliban” silahlıları Yanğı Qala rayonunu ələ keçiriblər. O, əsgərlər arasında həlak olan və yaralılarla bağlı məlumat verməyib. “Taliban” isə bildirib ki, əyalətə hücum zamanı çoxlu sayda əsgər və zabiti qətlə yetiriblər.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed