Şrift:
Azərbaycanın dövlət bayrağı İğdırın ən yüksək zirvəsində dalğalanacaq
12.09.2019 [10:42] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycanın dövlət bayrağı Türkiyənin İğdır vilayətində yerləşən Təkaltı dağında dalğalanacaq və Milli Qəhrəmanı Mübariz İbrahimovun portreti zirvəyə yerləşdiriləcək.

Bu münasibətlə sentyabrın 16-da İğdırın mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Ertəsi gün isə rəsmi şəxlərin iştirakı ilə qəhrəmanlıq mövzusunda konfrans keçiriləcək.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı baş konsulluğunun dəstəyi əsasında keçiriləcək tədbirlər Azərbaycan və Türkiyə arasında qardaşlığı təbliğ etmək, o cümlədən gənc nəsildə milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə təşkil olunacaq.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed