Şrift:
Türkiyədə HDP-dən övladlarını tələb edən ailələrin sayı artır
12.09.2019 [10:44] - Xəbərlər, Türk dünyası-Turan
Övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan valideynlərin Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir təşkilatı qarşısında fasiləsiz piketi davam edir. Piketə qatılan ailələrin sayı iyirmiyə çatıb.

Türkiyə ictimaiyyəti düçar olduqları cinayətə etiraz edən ailələrə geniş dəstək verir. Hökumət və tanınmış simalar məsələ ilə bağlı açıq və konkret mövqe nümayiş etdirilər. Tələb olunur ki, terror təşkilatlarına siyasi dəstək verilməsin.

Övladlarını tələb edən valideynlər PKK-nın siyasi qanadı sayılan HDP rəhbərliyini terror təşkilatı ilə əməkdaşlıqda günahlandırır. Valideynlər açıqlamalarında bildirirlər ki, övladları HDP-nin qanundan kənar təbliğatı ilə dağlara aparılıb. Kor-koranə şəkildə terror sıralarına qatılanlar sonradan işgəncə və təcavüzə məruz qalırlar. PKK sıralarından qaçaraq təslim olanların ifadələri tükürpədicidir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed