Şrift:
“Traxtur”la görüşdə nalayiq hərəkətə yol verən “Perspolis”in qapıçısı nəhayət ki, İnzibati Komitəyə çağırıldı
12.09.2019 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol klubunun rəsmi şikayəti və komanda tərəfdarlarının kəskin etirazından sonra nəhayət ki, Tehranın “Perspolis” komandasının qapıçısı Futbol Federasiyasının İnzibati Komitəsinə çağırılıb.

Bu barədə İnzibati Komitə, Futbol Federasiyasının rəsmi saytında bildiriş yayıb.

Bildirilib ki, Əlirza Biranvənd bəzi məsələlərə aydınlıq gətirmək üçün şənbə günü İnzibati Komitəyə müraciət etməlidir.

Əlirza Biranvənd 19-cu super liqa yarışlarının ikinci həftəsində (avqustun 30-u) komandası ev sahibinə 1:0 hesabı ilə məğlub olduqdan sonra üzünü “Traxtur” tərəfdarlarına tutaraq əxlaqdan kənar və nalayiq bir hərəkətə yol vermişdir. Təbrizin səhənd stadionunda baş verən hadisə “Traxtur” tərəfdarları və Azərbaycan klubunun kəskin etirazına səbəb oldu.

“Traxtur” klubu bu məsələyə görə rəsmi şikayət etdikdən sonra İran Futbol Federasiyasının rəisi Mehdi Tac, Əlirza Biranvəndin yol verdiyi nalayiq hərəkətə haqq qazandırmağa çalışdı. O bildirdi ki,“cənab Biranvənd bu haqda müsahibə verib. “Perspolis” klubu da bu barədə bildiriş yayıb. Qeyd olunub ki, onun heç bir məqsədi olmayıb, o üzr də istəyib.”
Mehdi Tac “Perspolis”in qapıçısının tərəfini tutaraq üzr istəməyin cəzalandırmaqdan daha yaxşı olduğunu bildirmişdir.

Futbol Federasiyasının İnzibati Komitəsinin rəisi İsmail Həsənzadə isə sentyabrın 9-da Federasiyanın rəisinə oxşar açıqlama verib. O məsələyə İnzibati Komitədə baxılacağını bildirsə də sözlərinin arasında vurğulayıb ki, kimsə hansısa xətaya yol verdikdən sonra peşman olduğunu bildirərsə, bu, onun barəsində çıxarılan qərara təsir göstərərk.

Futbol federasiyası İnzibati Komitəsinin bundan əvvəlki qərarlarından olduqca narazı olan “Traxtur” tərəfdarları “Perspolis”in qapıçısı barəsində çıxarılacaq qərarı səbirsizliklə gözləyir.

N.S
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed