Şrift:
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini cəbhənin bir neçə istiqamətində atəşə tutub
25.10.2011 [10:38] - Gündəm
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 24-də saat 16.20-dən 17.10-dək və 20.20-dən 20.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 18.48-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.35-dən 21.40-dək, 23.40-dan 23.43-dək və 23.44-dən 23.46-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed