Şrift:
Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Bakıda çıxış edəcək
13.09.2019 [10:37] - Afişa
Sentyabrın 27-də Bakıda Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olacaq.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində təşkil olunacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokacdır.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed