Şrift:
Nigeriyada münaqişənin davam etdiyi on ildə 22 min insan itkin düşüb
13.09.2019 [10:37] - Hadisə
Nigeriyada “Boko Haram” qruplaşmasının iştirakı ilə davam edən silahlı münaqişə səbəbindən azı 22 min insan itkin düşüb.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Münaqişənin davam etdiyi 10 il ərzində Nigeriyanın şimal-şərqində Beynəlxalq Qırmızı Xaç Komitəsinə təxminən 22 min nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Bu, komitənin bir ölkədə qeydə aldığı ən çox itkin düşmə halıdır”, - deyə bəyanatda bildirilir.

Qurumun məlumatına əsasən, itkin düşən insanların təxminən 60 faizi yetkinlik yaşına çatmayan şəxslərdir.

İtkin düşənlərin axtarışı üzrə ilk sorğular Beynəlxalq Qırmızı Xaç Komitəsinə 2013-cü ildən daxil olmağa başlayıb. Təşkilat indiyədək cəmi 367 axtarış işini yekunlaşdıra bilib. Ölkənin şimal-şərqindəki geniş ərazilər humanitar təşkilatlar üçün əlçatmazdır. Həmçinin hərbi əməliyyatlar səbəbindən insanların yaşayış yerlərini tez-tez dəyişməsi axtarışları çətinləşdirir. Münaqişə dövründə iki milyon nəfərə yaxın nigeriyalı öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed