Şrift:
Türkiyədə terror aktı törədilib
13.09.2019 [10:41] - Hadisə
Türkiyənin Diyarbəkir şəhərinin Kulp rayonunda terror aktı törədilib. Kəndliləri odun toplamağa aparan maşın PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu barədə Diyarbəkir valiliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Kulp rayonunda odun toplamağa gedən kəndlilərin olduğu maşına PKK-lı terrorçular tərəfindən əllə hazırlanmış partlayıcı vasitə ilə hücum edilib. Hadisə nəticəsində vətəndaşlardan 4-ü həlak olub, 13-ü isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Diyarbəkirin müxtəlif xəstəxanalarına yerləşdirilib. Ölkənin mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülür.

Türkiyənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın hadisə ilə bağlı Diyarbəkir valisi Hasan Basri Güzeloğlu ilə telefon danışığı olub. Türkiyə Prezidenti terror hadisəsini törədən cinayətkarların saxlanılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed