Şrift:
Türkiyədə terrora qarşı yürüş keçirilib
13.09.2019 [10:42] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Mardin şəhərində terrora qarşı və övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan analara dəstək məqsədilə yürüş keçirilib.

Mardinin mərkəzi Artuklu rayonunda yerləşən “15 iyul - Demokratiya və Şəhidlər” parkında toplaşan vətəndaşlar əllərində Türkiyə bayraqları ilə şəhərin Ravza prospekti boyunca yürüş ediblər.

Tədbirdə terror təşkilatlarına, o cümlədən PKK-ya qarşı şüarlar səsləndirilib. İştirakçılar ölkəni bölmək və parçalamaq istəyənlərə qarşı hər zaman bir yerdə olacaqlarını bildiriblər.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed