Şrift:
“Urmiyədə məktəb geyimlərinin qiyməti 80 faiz bahalaşıb”
13.09.2019 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda yeni dərs ili ərəfəsində məktəb geyimləri və ləvazimatının bahalaşması şagirdlərin ailələri üçün böyük problemə çevrilib.

Urmiyə Dərzilər və Tekstil Dərnəyinin rəisi Davud Purəli “İsna” xəbər agentliyinə məktəb geyimlərinin bahalaşdığını deyib.

“Ölkədə valyutanın qiymətinin dəyişməsi məktəb geyimlərinin 80 faiz bahalaşmasına səbəb olub. Hazırda geyimlərin hazırlandığı parçalar ötən ilə nisbətən 70 faiz bahalaşıb. İp, iynə və düymələrin qiyməti də 3 dəfə artıb. Bütün bunlar məktəb geyimlərinin bahalaşmasna səbəb olub.”- deyə o bildirib.

Davud Purəli qiymətlər bahalaşsa da, bazarda geyimlərin hazırlandığı parçanın bol olduğunu deyib.

Ötən günlərdə Qəzvin Tekstil İstehsalçıları Dərnəyinin rəisi Mahmud Seyyidi də təmsil etdiyi əyalətdə ötən ilə nisbətən məktəb geyimlərinin qiymətinin 20 faiz bahalaşdığını bildirmişdir.

Qeyd edək ki, İran və Güney Azərbaycanda ərzaq məhsullarından tutmuş məktəb ləvazimatına qədər bütün məhsullar bahalaşıb. Qeyri-adi bahalıq İranın nüvə fəaliyyəti ilə əlaqədar ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra bütün şəhər və kənlərdə müşahidə olunur. İşsiz və yoxsul durumda olan əhali bu vəziyyətdən ən çox əziyyət çəkən təbəqədir.

N.S
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed