Şrift:
Sulduzun Kani bəndinin fəhlələri 4 aydır əmək haqlarını ala bilmir
13.09.2019 [11:29] - Güney Azərbaycan xəbərləri
Sulduzun “Kani sib” bəndi suyunun Urmu gölünə intiqal edilməsi üçün tunel qazma projesində işləyən fəhlələr 4 aydır əmək haqlarını ala bilmir.

Əldə etdiyimiz məlumata görə, projenin fəhlələri əmək haqlarının ödənilməməsinə kəskin etiraz bildirib. Onlar məsullara etiraz əlaməti olaraq projedə işləri dayandırıb və işə çıxmaqdan imtina ediblər.

Sözügedən fəhlələr yazın son ayında da oxşar etiraza əl ataraq fəaliyyətlərini müvəqqəti olaraq dayandırmışdır.

“Kani sib” bəndi Sulduzun “Bəyim qala” kəndində yerləşir. Tunel qazma projesi Urmiyənin 120 kilometrliyində icra olunur.

N.S
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed