Şrift:
Ukraynanın yeni xarici işlər naziri Azərbaycana gələcək
14.09.2019 [10:16] - Gündəm, Siyasət
Ukraynanın yeni xarici işlər naziri Vadim Pristayko Azərbaycana səfərə gələcək.

Davam.az "Report"un Avropa bürosunun məlumatına istinadən xəbər verir ki, nazir oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak edəcək.

V.Pristayko səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sentyabrın 13-də bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.

Səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed