Şrift:
Avropa İttifaqı komissarı yenidən Cənubi Qafqaza gəlir
16.09.2019 [10:45] - Gündəm, Siyasət
Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han sentyabrın 16-da Gürcüstana səfər edəcək.

O, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili ilə birgə Avropa məktəbinə baş çəkəcək.

Y.Han “Şərq tərəfdaşlığı” ölkələrindən olan 30 tələbə ilə görüş keçirəcək.

Komissar həmçinin M.Batişavili, Gürcüstanın baş naziri Giorgi Qaxaria və Tbilisi meri Kaxa Kaladze ilə birgə Avropa məktəbi üçün yeni binanın təməlqoyma mərasimində də iştirak edəcək.

Qeyd edək ki, Tbilisidə Avropa məktəbi 2018-ci ilin sentyabrından fəaliyyət göstərir. Təhsil müəssisəsi “Yeni məktəb” adlı özəl məktəbdə yerləşir.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed