Şrift:
Qərbi Azərbaycan Əyalətində baş vermiş zəlzələdə 5 kəndə ziyan dəyib
16.09.2019 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 14-ü axşam saatlarında Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində “Yuxarı Seyx Silo”, “Aşağı Şeyx Silo”, Navır, Zənkərə və Dovşantəpə kəndlərində 53 ev ziyan görüb, insan tələfatı yoxdur.

Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin açıqladığı məlumata görə, bölgəyə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün xüsusi qrupla birlikdə 60 çadır və bir sıra digər yardımlar göndərilib.

Şənbə günü yerli vaxtla saat 20:03-də baş verən zəlzələnin ocağı Çaldıranın 19 və Avacığın 38 kilometrliyində 10 km dərinlikdə yerləşib.

N.S
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed