Şrift:
Ərdəbildə türk dilində musiqili “Pinti” tamaşası nümayiş etdiriləcək
16.09.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərində türk dilində musiqili “Pinti” tamaşası səhnələşdiriləcək.

Tamaşa sentyabrın 16-dan 20-dək Fədək incəsənət və mədəniyyət kompleksində nüşayiş etdiriləcək.

Musiqili “Pinti” tamaşasının ssenari müəllifi şair və yazıçı Ramin Cahangirzadə, rejissoru isə Rza Pezeşkidir. Tamaşa 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

Musiqisi Bəhram Rəcəbəlidən olan “Pinti” tamaşasının geyim və səhnə dizayneri Cavad Əlayi, qrim ustası Rüqəyyə Müqtədir və işıqçısı Davər Nəcəfidir.

Tamaşada Sənəm Ərbabi, Asan İlahi, Kiyana İbrahimi, Aynaz Neməti, Araz Qaffarzadeqan, Veniz Nəcəfi, Moin MüqtədirAzər, Əhmədrza Neməti, Şirin Qeyrəti və Səna Firuzi aktyor kimi çıxış edəcək.

N.S
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed