Şrift:
Nəsim Sadiqi yenidən Təbrizin İnqilab Məhkəməsinə çağırılıb
16.09.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi yenidən Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

Azərbaycanlı fəal sentyabrın 12-də Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən 10 gün ərzində Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Nəsim Sadiqi sentyabrın 3-də “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə sözügedən şöbədə mühakimə olunub. Ehtimal olunur ki, fəal çıxarılan hökmün şifahi olaraq elan olunması üçün məhkəməyə yenidən çağırılıb.

Azərbaycanlı fəal məhkəmə prosesində irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir. O məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelərdən asılı olmamağa çağırıb.

2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed