Şrift:
“Traxtur” və “Zob ahən” oyunu bərabər hesabla başa çatıb
17.09.2019 [15:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən axşam İsfahanda bu şəhərin “Zob ahən” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən görüş bərabər hesabla sona çatıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçirilən oyunda heç bir komanda tərəfindən qol vurulmayıb, oyun 0:0 hesabı ilə başa çatıb.

“Traxtur”-“Zob ahən” oyunu bazar günü Təbriz vaxtı ilə saat 19:45-də Fuladşəhr stadionunda baş tutub.

İsfahanda keçirilən görüşdə min nəfərdən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.

N.S
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed