Şrift:
Qırğızıstanda “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” adlı abidə ucaldılacaq
18.09.2019 [10:39] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Qırğızıstanın Oş şəhərində “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” adlı abidə ucaldılacaq.

Bununla bağlı Oş şəhər bələdiyyəsi tender elan edib.

Abidə postament üzərində dəyirmi formada olacaq və burada bütün türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın bayraqları əks ediləcək.

Abidə Oş şəhərindəki “Barsbek Kaqan” abidəsinin yaxınlığında ucaldılacaq.

Xatırladırıq ki, Oş şəhəri bu il Türk dünyasının mədəniyyət paytaxtı elan olunub.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed