Şrift:
Futbol Federasiyasının İnzibati Komitəsi “Traxtur” klubu ilə bağlı ziddiyyətli hökm çıxarıb
18.09.2019 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Futbol Federasiyasının İnzibati Komitəsi Güney Azərbaycanın “Traxtur” futbol klubu haqda ziddiyyətli qərar çıxarıb.



İnzibati Komitənin verdiyi qərar sentyabrın 14-də federasiyanın saytında dərc olunub. Hökmdə qeyd olunub ki, tərəfdarları super liqanın 2-ci həftəsində “Perspolis”lə görüşdə yol verdikləri yanlış hərəkətlərə görə, Traxtur” klubu 30 milyon tümən məbləğində cərimə ödəməyə və ötən mövsümə aid qərarla bağlı bir görüşü tərəfdarsız (azarkeşsiz) və boş stadionda keçirməyə məhkum edilib. Hökmdə təkid olunub ki, nağd cərimə ilə bağlı qərara yenidən baxıla bilər, lakin komanda tərəfdarları ilə bağlı olan qərar qətidir.



Futbol Federasiyası İnzibati Komitəsinin rəisi İsmayıl Həsənzadə isə hökm elan olunduqdan bir neçə gün sonra ““Traxtur” komandası bir oyunu tərəfdarsız keçirəcək?” sualının cavabında ziddiyyətli açıqlama verib. ““Traxtur” buna məhkum edilməyib. Lakin 30 milyon tümən məbləğində cərimə ödəməyə məhkum olunub, klub isə bu qərara etiraz bildirib. Əgər klub nağd cərimə ilə bağlı bəraət qazanarsa, o zaman ikinci qərar da icra olunmayacaq.”- deyə o vurğulayıb.

İnzibati Komitənin yazılı və şifahi açıqlamalarının üst-üstə düşməməsi hər kəsi təəccübləndirib. Komitənin klub haqda hansı qərara gələcəyi hələlik sual altındadır.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed