Şrift:
“Marağada təhsilin keyfiyyəti aşağıdır” – Şəhər İcra Haimiyyətinin başçısı
18.09.2019 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Marağa Şəhər İcra Hakimiyyətinin başçısı təmsil etdiyi şəhərdə təhsil səviyyəsinin aşağı olduğundan şikayətlənib.



Həmid Şükri bu barədə Təhsil İdarəsi Şurasının keçirdiyi iclasda çıxış edib.



“Marağada təhsilin səviyyəsi aşağıdır, 88 faiz şagirdlər keyfiyyətli təhsildən məhrumdur. Bu məsələ ötən illərdə təhsilə cəlb olunan şagirdlərin sayına da öz təsirini göstərib. Hesab eliyirəm ki, Təhsil İdarəsi məsulları təhsilin keyfiyyətinə xüsusi diqqət yetirməli və şagirdləri xüsusi müəllim və tədris mərkəzlərinə yönəltməkdən imtina etməlidir.”- deyə o bildirib.



Şəhər İcra Hakimiyyəti başçısı öz çıxşında Marağada məktəb və dərs otaqları çatışmazlığına da işarə edib. Onun sözlərinə görə, Marağada bir çox məktəb binası artıq köhnəlib və yararsız vəziyyətdədir, bəzi məhəllələrdə isə yeni məktəblərə ehtiyac var.

Məktəb çatışmazlığı və təhsil səviyyəsinin aşağı olduğunu deyən Şəhər İcra Hakimiyyəti başçısı məktəblərin yeni dərs ilinə hazır olduğunu da diqqətə çatdırıb. O bildirib ki, şagirdlərin qeydiyyata alınması uğurla həyata keçirilir, məktəblərin səriştəli müəllimlərlə təmin olunmasında da heç bir problem yoxdur.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed