Şrift:
Fərəc Quliyev Milli Musiqi Günü tədbirində iştirak edib (fotolar)
19.09.2019 [11:03] - Xəbərlər, Mədəniyyət, Özəl xəbər, Fərəc Quliyev
Dünən - 18.09.2019 tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Musiqi Günü münasibəti ilə Bakı şəhər Suraxanı rayon 279 saylı orta məktəbdə təşkil olunmuş “Milli Dəyərlərimiz” adlı tədbirdə iştirak edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrindən ibarət qonaqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Xalq artisti, professor, tarzən Zamiq Əliyev açıb. Mədəniyyət və incəsənət xadimləri musiqimizin zənginliyi və incəliklərindən danışıb, şagirdlərə musiqi zövqünün formalaşması ilə bağlı tövsüyyələr veriblər, tanınmış müğənnilərin ifasında milli musiqimizin zəngin və rəngarəng nümunələri səsləndirilib.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Əməkdar mədəniyyət işçisi aşıq Əhliman, Əməkdar artist Zakir Əliyev və bir çox ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbir məktəbin direktoru Südabə xanım Abdullayevanın çıxışı ilə sona çatıb.
Fərəc Quliyev rayonun deputatı kimi şagirdlərə göstərilən bu diqqətə görə incəsənət xadimlərinə təşəkkürünü bildirib, şagirdlər və müəllimlərlə tədbirlə və məktəb həyatı ilə bağlı söhbətlər aparıb.

MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed