Şrift:
“Traxtur” növbəti görüşdə Sircan şəhərinin təmsilçisi ilə qarşılaşacaq
19.09.2019 [12:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində növbəti görüşə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 4-cü həftəsində “Traxtur” klubu Sircanın “Gül Gövhər” komandasını qəbul edəcək.

Görüş sentyabrın 20-i yerli vaxtla saat 17:30-da Təbrizin səhənd stadionunda başlayacaq.

“Traxtur”-“Gül Gövhər” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Xatırladaq ki, ötən günlərdə “Traxtur”un bir görüşünün tərəfdarsız (azarkeşsiz) və boş stadionda keçirilməsinə dair Futbol Federasiyası İnzibati Komitəsinin çıxardığı qərara yenidən baxılıb. Cümə günü keçiriləcək yarışda “Traxtur” tərəfdarlarının görüşdə tamaşaçı qismində iştirak etməsi sərbəst elan olunub.

N.S
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed