Şrift:
“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans işini panellərlə davam etdirir
20.09.2019 [10:27] - Mədəniyyət
Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilən ikigünlük elmi konfrans işini panellərlə davam etdirir.

Konfransın birinci günü panellər Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı, Ankara Universitetinin professoru Abdullah Gündoğdunun moderatorluğu ilə keçirilib.

Panellərdə Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa, professorlar Hamlet İsaxanlı, Solmaz Rüstəmova-Tohidi, Nəsib Nəsibli, Mübariz Süleymanlı, Vaqif Sultanlı, Bədirxan Əhmədov, Abdullah Gündoğdu, dosentlər Firdovsiyyə Əhmədova, Mehmet Kaan Çalen, M.Ufuk Özcan, Yeganə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva və Nuri Civelek, Haluk Kayıcı kimi alimlər məruzələrlə çıxış ediblər.

Məruzələr Azərbaycan ictimai fikir tarixində dərin iz buraxmış mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında rolu, “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, həmçinin İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsini və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edib.

Konfrans işini sabah da davam etdirəcək. Konfransın materialları kitab şəklində çap olunacaq.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed