Şrift:
TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək
20.09.2019 [10:28] - Türk dünyası-Turan, Mədəniyyət
Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinə hazırlıq işləri başa çatıb.

TÜRKSOY-un katibliyindən verilən məlumata görə, budəfəki Opera Günləri Şimali Kiprin Girnə və Türkiyənin İstanbul şəhərlərində keçiriləcək.

Açılış mərasimi sentyabrın 25-də Girnə şəhərində olacaq. Tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub. Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə keçiriləcək rəsmi mərasimin iştirakçılarına nazir Nazim Çavuşoğlu tərəfindən dəvətlər göndərilib. Bildirilir ki, Opera Günlərində 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed