Şrift:
Netanyahu Qantzı birlik höküməti yaratmağa çağırıb
20.09.2019 [11:30] - Gündəm, Siyasət
İsrail seçkilərində heç kim qələbə qazanmadığı üçün baş nazir Benyamin Netanyahu cümə axşamı əsas rəqibi Benni Qantzı birlik höküməti yaratmağa çağırıb.

Netanyahu paylaşdığı video mesajda deyib ki, o, sağçı hökümət yaratmaq istəyi ilə seçki kampaniyası aparsa da, “seçki nəticələri bunun mümkün olmadığını göstərir”.
O, Qantzı əməkdaşlıq etməyə və tez bir zamanda geniş birlik höküməti yaratmağa çağırıb.

Qantz keçən seçkidən sonra demişdi ki, o bu cür hökümətə Netanyahu Likudun lideri vəzifəsində istefa verdiyi təqdirdə isti yanaşa bilər. Lakin sözçüsü Qantzın cümə axşamı bu məsələ ilə bağlı bəyanat verəcəyini açıqlayıb.

Heç bir partiya 120 yerlik parlamentdə çoxluq koalisiyanı yaratmaq üçün lazım olan 61 yeri qazanmayıb. Cümə axşamı demək olar bütün səslər hesablanıb və bu nəticələrə əsasən, Mavi və Ağ partiyası 33, Likud partiyası isə 31 yeri qazanıb.

Heç bir partiya çoxluq əldə etmədiyi üçün lideri Aviqdor Libermanın bəlli edəcəyi gözlənilir. Daha çox rusiyalı immiqrantların dəstəklədiyi Yisrael Beytenu partiyasının başçısı olan Liberman bu seçkidə doqquz yer qazanıb.

O dəfələrlə birlik hökümətə üstünlük verdiyini deyib. Bu isə Qantzın Mavi və Ağ, Netanyahunun Likud və onun Yisrael Beytenu partiyalarının daxil olduğu bir hökümət deməkdir.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed