Şrift:
"Qarabağ" "Sevilya"ya məğlub olub
20.09.2019 [11:36] - İdman
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniya "Sevilya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb.
“Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.
***22:33
UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda fərqi daha da artırıb. Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb.
***22:16
UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında hesab açılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda önə keçib. Rəqibin heyətində Xavyer Ernandes 62-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib
***21:41
UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında birinci hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə yekunlaşıb.
***20:55
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
Azərbaycan çempionu "Qarabağ" da bu gün ilk oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya" komandasını qəbul edir. Görüş saat 20:55-də başlayıb.
Qeyd edək ki, A qrupunun digər matçında Kipr APOEL-i Lüksemburq "Düdelanj"ı ilə qarşılaşır.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed