Şrift:
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
20.09.2019 [11:37] - Türk dünyası-Turan, Sağlıq
Sentyabrın 19-da Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi (UNPSTR ) işə başlayıb.

Azərbaycan Konqreslər Bürosunun dəstəkçi olduğu tədbirə təşkilatçılığı Beynəlxalq Pediatriya Assosiasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, "Medvoyage" tibbi turizm şirkəti edir.

Yerli və xarici məruzəçilərin çıxış edəcəkləri tədbirdə elmi araşdırmalar, həmçinin digər mühüm məlumatlar iştirakçıların diqqətinə çatdırılacaq.

Tədbirin keçirilməsinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həll yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirməkdir.

Konqres sentyabrın 21-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Pediatriya Assosiasiyası və Azərbaycan Konqreslər Bürosu həmin tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı işlərdə mühüm rol oynayıb.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed