Şrift:
ABŞ dövlət katibinin müavini Andrea L.Tompson postunu tərk edir
21.09.2019 [10:15] - Xəbərlər, Siyasət
ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea L.Tompson postunu tərk edir.

RİA Novosti agentliyi xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat yayıb. Andrea L.Tompson bu vəzifəyə 2018-ci ilin aprelində təyin edilib. Mayk Pompeo müavininin vəzifədən getməsi səbəbini açıqlamayıb. Andrea L.Tompson Rusiya ilə görüşlərdə ABŞ-ın strateji sabitlik, o cümlədən orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsi üzrə əsas nümayəndəsi idi.
Bu xəbər oxucular tərəfindən 242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed