Şrift:
“Traxtur”dan növbəti qələbə - 1:0
21.09.2019 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası Sircanın təmsilçisi “Gül Gövhər”i bu gün yerli vaxtla saat 17:30-da Təbrizin səhənd stadionunda qəbul edib.

İran üzrə futbol klublarının super liqa yarışlarının 4-cü həftəsində keçirilən görüş 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

“Traxtur”a qələbə qazandıran qol oyunun 60-cı dəqiqəsində vurulub.

“Traxtur” bu qələbədən sonra 8 xalla müvəqqəti olaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Görüşdə təxminən 30 min “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed