Şrift:
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019 [10:41] - Xəbərlər, Sosial
Özbəkistan Ali Məclisinə və yerli sovetlərə seçkilərə start verilib və seçkiqabağı kompaniya başlanıb.

Bunu Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdisalamov bildirib. O deyib ki, seçkilər 2019-cu il dekabrın 22-nə təyin olunub. Özbəkistanda seçki hüququ olan 20 milyon vətəndaş var, 2 milyon gənc isə birinci dəfə səs verəcək.

Komissiya sədri diqqətə çatdırıb ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edəcək. Bunlar “Milli dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed