Şrift:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21.09.2019 [10:43] - Gündəm, Sosial
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib. Nümayişlər Kardiff, Edinburq, Brayton, Nyukasl, Bornmut və Birminhem şəhərlərində təşkil olunub. Mitinqlərə minlərlə insan qatılıb. Etirazçılar hökumətdən karbon emissiyasını azaltmağı tələb ediblər.

Nümayişlərdə məktəblilər də iştirak ediblər. Onlar məktəbin önəmli olduğunu, lakin gələcəklərinin daha vacib olduğunu söyləyiblər.

Mitinq iştirakçıları özlərindən əvvəl iqlim dəyişikliyinə görə keçirilən aksiya nümayəndələri ilə həmrəy olduqlarını bildiriblər.

Aynurə Tağıyeva
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed