Şrift:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21.09.2019 [10:48] - Gündəm, Hadisə
Sentyabrın 21-də Yaponiyanın cənubuna çatan “Tapa” qasırğası fəsadlar törədib. Yerli KİV-lər xəbər verir ki, Okinava prefekturasında artıq dörd nəfər xəsarət alıb. Adada avtobusların hərəkəti təxirə salınıb, Okinava şəhərində isə monorels dayanıb, bir sıra yollarda nəqliyyatın hərəkəti bağlanıb.

Son məlumatlara görə, cənub və cənub-qərb istiqamətində 283 daxili aviareys təxirə salınıb. Aviaşirkətlər sərnişinlərə son reyslər barədə məlumatları onlayn dəqiqləşdirməyi tövsiyə edir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed