Şrift:
İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir
21.09.2019 [11:25] - Xəbərlər, Mədəniyyət
Ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, noyabrın 14-dən 17-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.

Tarix İnstitutundan bildirilib ki, məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və oktyabrın 30-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamalı və elektron variant ameatarixinstitutu@gmail.com ünvanına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransın materialları çap olunacaq.

Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed