Şrift:
“Traxtur” tərəfdarlarının qadınların stadionlara buraxılması tələbi ilə səsləndirdiyi şüarın VİDEOSU
23.09.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları İran rejimindən azərbaycanlı qadınların idman stadionlarına buraxılmasını tələb ediblər.

Bu istiqamətdə vaxtaşırı şüarlar səsləndirən “Traxtur” tərəfdarları cümə günü Təbrizin səhənd stadionunda keçirilən görüşdə də eyni tələblə çıxış edib, qadınların stadiona buraxılmasına qarşı qoyulan qadağaya öz etirazlarını bildiriblər.

Marş şəkilində səsləndirilən şüarda qadınların kişilərlə bərabər hüquqa malik olduğu vurğulanaraq onların “Traxtur” yarışlarında tamaşaçı qismində iştirak etməsi tələb olunub.

“Traxtur”-“Gül Gövhər” görüşündə səsləndirilən şüarı aşağıdakı videodan izləyə bilərsiniz:


Qeyd edək ki, “Traxtur” yarışlarında qadınların hüquqlarının müdafiəsi istiqamətində dəfələrlə şüarlar səsləndirilib. Komanda tərəfdarları qadın hüquqlarını tələb edən plakat və bannerlər də nümayiş etdiriblər.

N.S
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed