Şrift:
Azərbaycan XİN: Nazirlərin Nyu-York görüşündə sadəcə fikir mübadiləsi aparılıb
24.09.2019 [10:20] - Xəbərlər, Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.
Nazirlərin görüşünə gəldikdə isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed