Şrift:
Xəzərdə iri obyektlər inşa olunacaq
24.09.2019 [11:38] - Gündəm, İqtisadiyyat
SOCAR hasilatın düşmə tempinin azaldılması və stabilləşdirilməsi çərçivəsində yaxın gələcəkdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qərbi Abşeron” yatağında 16 istismar quyusunun qazılması üçün yeni özülün tikintisini planlaşdırır.

Bundan əlavə SOCAR yaxın gələcəkdə 10 quyunun qazılması üçün “Neft Daşları” yatağında estakadayanı meydançanın tikintisini nəzərdə tutur.

SOCAR-dan verilən məlumata əsasən, eyni zamanda hasilatın azalmasının qarşısının alınması üçün geoloji-texniki tədbirlərlə yanaşı yeni istismar və horizontal quyuların qazılması nəzərdə tutulub: “Bu işlərin həyata keçirilməsi neft və qaz hasilatının artmasına imkan yaradacaq”.

Məlumata görə, bu il SOCAR-ın balansında olan yataqlarda onlarla quyu qazılıb, 86 min metrdən artıq qazma işləri görülüb: “İstismar quyuları ilə yanaşı, axtarış quyularının da qazılması aparılır”.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed