Şrift:
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı mövsümü “Rəngsaz” tamaşası ilə açıb
24.09.2019 [11:41] - Dərbənd
Sentyabrın 23-də Dərbənd Azərbaycan Dövlət Dram Teatrı “Rəngsaz” tamaşası ilə mövsümü açıq elan edib.

Tamaşa Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda təqdim olunub.

“Rəngsaz” tamaşası ilə başlanan 121-ci teatr mövsümü türk dramaturqu Tuncer Cudcenoğlunun pyesi əsasında hazırlanıb.

Mövsüm Azərbaycanın Əməkdar incəsənət xadimi rejissor Hüseynağa Atakişiyevin 70 illik yubileyinə həsr olunub.

Tamaşada baş rolu ifa edən Qədir bir həkimin evini təmir etməyə gəlir. Ancaq sonradan o, özünü burada evin sahibi kimi aparmağa başlayır. Əyninə həkim xalatı geyinib hamını müalicə etmək arzusuna düşür.

Aktyorlar bu tamaşanı ustalıqla ifa edərək gözəl xoreoqrafiya nümayiş etdiriblər. Tamaşa anşlaqla keçib.

Sonda teatrın direktoru Firdovsi Əsgərov teatra belə maraq göstərdikləri üçün tamaşaçılara öz minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed