Şrift:
İƏT Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlılara maliyyə yardımı göstərilməsinə çağırış edib
24.09.2019 [11:46] - Siyasət
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiqdir. Habelə Azərbaycanla həmrəyliyi və ona davamlı dəstək verməyə davam edəcək.

Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun Nyu-Yorkda keçirilmiş iclasında qurumun Baş katibi Yusif Əl-Osayminin adından oxunan bəyanatda öz əksini tapıb.

Bildirilib ki, İƏT Baş katibliyi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ağrı və məşəqqətlərini narahatlıqla izləyir.

Bəyanatda üzv dövlətlərə və qurumun orqanlarına Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlara lazımi maliyyə və humanitar yardım göstərilməsinə çağırış edilib.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

Xatırladaq ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Təmas Qrupunu yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilata üzv ölkələrin xarici işləri nazirləri daxildir. Təmas Qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed