Şrift:
FİFA kişi və qadın futbolçuların rəmzi komandalarını açıqlayıb
24.09.2019 [11:47] - İdman
2019-cu ilin rəmzi yığması açıqlanıb.

FİFA və FİFPro birgə səsverməsi ilə müəyyənləşən rəmzi “11-lik” İtaliyanın Milan şəhərindəki mükafatlandırma mərasimində elan olunub.

Kişilərin rəmzi komandası
Qapıçı: Alisson Bekker
Müdafiəçilər: Mateys de Liqt, Serxio Ramos, Vircil van Deyk, Marselo
Yarımmüdafiəçilər: Luka Modriç, Frenki de Yonq, Eden Azar
Hücumçular: Lionel Messi, Kriştianu Ronaldo, Killian Mbappe

Qadınların rəmzi yığması
Qapıçı: Sari van Vinendal
Müdafiəçilər: Lusi Bronz, Nilla Fişer, Kelli O’Hara, Vendi Renard
Yarımmüdafiəçilər: Jüli Ertz, Amandin Henri, Ros Lavel
Hücumçular: Marta, Aleks Morqan, Meqan Rapinoe

Qeyd edək ki, mükafatlandırma mərasimində ən yaxşı qadın futbol komandası məşqçi də bəlli olub. Bu mükafat ABŞ millisinin çalışdırıcısı Jil Ellisə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed