Şrift:
Lionel Messi altıncı dəfə ilin ən yaxşı futbolçusu seçilib
24.09.2019 [11:47] - Gündəm, İdman
FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Mükafatın sahibi İtaliyanın Milan şəhərində təşkil olunan tədbirdə elan olunub.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi Lionel Messi (Argentina, “Barselona”) olub. O, Vircil van Deyk (Hollandiya, “Liverpul”) və Kriştianu Ronaldonu (Portuqaliya, “Yuventus”) qabaqlayıb.

Namizədlərdən biri Kriştianu Ronaldo tədbirə qatılmayıb.

Bu mükafatı 6-cı dəfə qazanan L.Messi bunadək 5 dəfə (2009, 2010, 2011, 2012, 2015) qalib olmuşdu. K.Ronaldo 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) ən yaxşı seçilib. Son qalib isə ötən il bu mükafata yiyələnən xorvatiyalı Luka Modriç olub.

Qeyd edək ki, ən yaxşı qadın futbolçu adına Meqan Rapinoe (ABŞ, “Reyg”) sahib çıxıb. O, Lusi Bronz (İngiltərə, “Lion”) və Aleks Morqanı (ABŞ, “Orlando Prayd”) arxada qoyub.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed