Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Qaraçuxurda seçicilərlə növbəti məhəlli görüş keçirilib
24.09.2019 [15:16] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi keçirilən məhəlli görüşlərdən daha biri dünən- 23.09.2019 tarixində rayonun Qaraçuxur qəsəbəsində keçirilib.

Zaur Şərifov küşəsi, 7 saylı binanın həyətində keçirilən görüşdə sakinlərin problemləri ilə maraqlanılıb, onların etdikləri müraciətlər və təkliflər dinlənilib. Edilən şikayətlərə uyğun olaraq ərazidə olan infrastruktur problemlərə yerli baxış keçirilib, çatışmazlıqlar və edilən təkliflər qeydə alınıb.

Daha sonra, sakinlərlə milli birlik və dövlətçilik maraqlarının qorunması istiqamətində söhbətlər aparılıb, təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmaq barədə çağırışlar edilib. Sakinlər tərəfindən müxtəlif səpgilərdə verilən suallar cavablandırılıb və izahatlar verilib.

Sakinlər də öz növbələrində verilən izahatlar və milli birlik naminə edilən çağırışlarla razılaşdıqlarını və millət vəkilinin göstərdiyi qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin görüş iştirakçıları F.Quliyevə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətindəki təklif və təşəbbüslərinə görə təşəkkürlərini də bildiriblər.

Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüşdə ərazidəki problemləmlərlə bağlı edilən müraciətlər dərhal deputatın nəzarətinə götürülərək həlli istiqamətində icraata yönləndirilib, verilən ümumi təkliflər və xahişlər isə F.Quliyevin daim qaldırdığı məsələlər olmasına baxmayaraq, bir daha vətəndaşlar tərəfindən edilən təkliflər olaraq rəsmiləşdirilib deputatın fəaliyyət proqramına daxil ediləcək.

Qeyd edək ki, F.Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli istiqamətində işlər aparılır.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed