Şrift:
Pakistanda baş vermiş güclü zəlzələ nəticəsində 19 nəfər həlak olub
25.09.2019 [09:59] - Gündəm, Hadisə
Pakistanın Hindistanla sərhədində-Azad Kəşmir və Pəncab əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 300-dən artıq adam yaralanıb.

Pakistan mətbuatı xəbər verir ki, zəlzələ Rixter cədvəli üzrə 6,3 bal gücündə olub. Zəlzələnin gücündən magistral yollarda böyük çatlar əmələ gəlib. Bəzi yerlərdə yollar bağlanıb. Məlumatda bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər. Yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed