Şrift:
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə çıxış edəcək
25.09.2019 [10:02] - Gündəm, İdman
Sentyabrın 25-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Maldivin paytaxtı Maledə keçirilən “Maldives International Challenge 2019” seriyalı turnirdə çıxış edəcək.

Səkkizdəbir final mərhələsində mübarizəyə başlayan badmintonçumuz birinci görüşünü xorvatiyalı Zvonimir Durkinyakla keçirəcək.

Qeyd edək ki, beynəlxalq turnirə 64 badmintonçu qatılıb.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed