Şrift:
Vurğun Əyyub vəfat etdi
25.09.2019 [10:30] - Gündəm, Bildiriş
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub 62 yaşında vəfat edib.

Onkoloji xəstəlikdən əziyyət çəkən və bir neçə gün öncə komaya düşən V.Əyyub bu gün dünyasını dəyişib. Bu barədə köşə yazarı Elnur Astanbəyli sosial şəbəkədə məlumat yayıb.

Mərhum bu gün saat 4-də Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.

Vurğun Əyyub Azərbaycan Xalq Cəbhəsinin qurucularından və liderlərindən biri olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993-cü illər) yaradılmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

1992-ci ildən Müsavat Partiyasının üzvü olub, baş katib, başqanın birinci müavini postlarınında çalışıb.

2015-ci ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini idi.

Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed