Şrift:
Nadir Qazipur Qərbi Azərbaycanda məktəb çatışmazlığını tənqid edib
25.09.2019 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Qərbi Azərbaycan Əyalətində məktəb çatışmazlığını tənqid edib.

O bu barədə yeni dərs ili ilə əlaqədar Urmiyada Fatemiyyə adlı orta məktəbdə keçirilən mərasimdə çıxış edib.

“Təhsil və təlim sahəsində bütün çatışmazlıqların aradan qaldırılması vacib məsələdir. Ona görə ki, hər bir sistemin əsas infrastrukturu təhsil və təlimdən ibarətdir.
Hal-hazırda Qərbi Azərbaycan Əyaləti və Urmiya şəhərində kirayə götürülmüş binalar və kanekslər (dəmirdən tikilmiş evlər) məktəb kimi fəaliyyət göstərir. Bu, çox ciddi məsələdir, hesab eliyirəm ki, dövlət Qərbi Azərbaycanda təhsil sahəsində yaşanan problemlərin həllinə daha çox diqqət yetirməlidir.”- deyə o bildirib.

Nadir Qazipur Qərbi Azərbaycan Təhsil İdarəsində kadr çatışmazlığı, müasir tədris avadanlıqlarının yetəri qədər olmaması və dərs otaqlarının yetərsiz və qeyri-standart vəziyyətdə olduğunu bildirərək xeyriyyəçi insanları Təhsil İdarəsinə yardım etməyə çağırıb.

Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət problemin aradan qaldırılması istiqamətində hər hansı addım atmayıb. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed