Şrift:
Qəzvin Əyalətində şagirdlərə türk dilində kitablar paylanılıb - GÖRÜNTÜ
25.09.2019 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda təhsil müəssisələrinin açılışı günü münasibəti ilə mədəni tədbirlərə başlanılıb.

Məlumata görə, güney azərbaycanlı milli-mədəni fəallar Qəzvin Əyalətinin Abyek şəhərinin məktəblərinə gedərək şagirdlərə türk dilində kitablar hədiyyə ediblər.

Təhsil müəssisələrinin açılışı günündə (sentyabrın 23-ü – mehrin 1-i) baş tutan mədəni tədbir yerli əhali tərəfindən rəğbətlə qarşılanıb. Türkcə kitablar hədiyyə alan məktəblilərin də sevincini aşağıdakı şəkillərdən görmək mümkündür.

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edib, bu barədə şagirdlər, valdeyinlər və müəllimlərin fikir və təkliflərini öyrəniblər.

İranda türk dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu istiqamətdə mədəni fəaliyyətlə məşğul olan yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

Güney Azərbaycanda hər il yeni dərs ili və Beynəlxalq Ana Dili Günü ərəfəsində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed