Şrift:
Rusiyanın XİN başçısı Gürcüstanla bağlı NATO-ya xəbərdarlıq edib
26.09.2019 [11:15] - Siyasət
“Gürcüstan NATO-ya üzv olsa, Rusiya müharibəyə başlamayacaq”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu halda Rusiyanın NATO və alyansa üzv olmağı özlərinə əsas prioritet hesab edən ölkələrlə münasibətləri ciddi şəkildə pozulacaq.
Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasının Gürcüstanın NATO-ya üzvlük məsələsini bağlaması ilə bağlı suala S.Lavrov belə cavab verib: “Biz heç nə bağlamamışıq, bu, bizim məqsədimiz olmayıb”.
XİN başçısı müsahibəsində 2008-ci il müharibəsinin başlamasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini günahlandırıb. O deyib ki, müharibə zamanı Rusiya NATO barədə deyil, insanların həyatlarının xilası barədə düşünüb.
Bu xəbər oxucular tərəfindən 241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed