Şrift:
İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşırıb
26.09.2019 [11:31] - Siyasət
İsrail prezidenti Reuven Rivlin çərşənbə günü "Likud" Partiyasının lideri Binyamin Netanyahuya 17 sentyabr seçkilərinin nəticəsinə görə koalisyon hökumət formalaşdırmağı tapşırıb.

"Mən sizə hökuməti formalaşdırmaq imkanını vermək barədə qərar qəbul etdim", - Rivlin Qüdsdə Prezident Dəftərxanasında keçirilən mərasim zamanı Netanyahuya müraciət edərək deyib.
"Biz "Likud" başçısına birinci koalisiyanı formalaşdırmaq imkanını veririk, sabahkı gündən etibarən sizin 28 gün vaxtınız var, - deyə prezident davam edib. Dövlət başçısı qeyd edib ki, bu müddət daha 14 gün uzadıla bilər.
Əgər Netanyahu bu vaxt ərzində koalisiyanı formalaşdıra bilməsə, Rivlin bu imkanı Knessetin 22-ci çağırışının başqa deputatına verəcəyini bildirib.
İsrail parlamentinə (Knesset) keçirilən seçkilərin yekun nəticələrinə görə, “Kaxol Lavan” bloku qanunverici orqanda 33, Likud Partiyası 32, Ərəb Birliyinın Siyahısı 13, ŞAS (İsrailin Ultra-Dini Siyasi Partiyası) 9, Bizim Evimiz İsraildir Partiyası 8, “Yadut a-Tora” 7, “Yamina” 7, “Avoda-Qeşer” 6, Demokratik Düşərgə Partiyası 5 mandat qazanıb.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed