Şrift:
Böyük Britaniya parlamenti fəaliyyətini bərpa edib
26.09.2019 [11:36] - Köşə yazarları, Siyasət
Böyük Britaniya parlamenti fəaliyyətini bərpa edib.

Dünən Böyük Britaniya Ali Məhkəməsinin verdiyi qərardan sonra parlament bu gün özünün fəaliyyətini bərpa edib.

Baş Nazir Boris Conson Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasından qayıdaraq, parlamentin bugünkü iclasında iştirak edəcək.

Qeyd edək ki, dünən Ali Məhkəmə B. Consonun parlamentin fəaliyyətinin oktyabrın 14-dək təxirə salınması qərarını qanunsuz elan edib. Məhkəmə hökmünə görə, parlamentin işi dayandırılmış sayılmır, deputatlar özləri üçün əlverişli olan vaxtda işlərini bərpa edə bilərlər.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya kraliçası II Yelizaveta Baş Nazir B. Consonun parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təsdiqləyib.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed