Şrift:
Müəmmər Qəddafi bu gün dəfn ediləcək
25.10.2011 [10:47] - Gündəm
Liviyanın qətlə yetirilmiş keçmiş lideri Müəmmər Qəddafi bu gün səhrada gizli bir yerdə dəfn ediləcək. Bu barədə Reyter agentliyi Liviya Keçid Milli Şurasına istinadən məlumat verir.

Agentliyin xəbərinə görə, Qəddafi islam adətlərinə uyğun dəfn ediləcək, mərasim isə təmtəraqlı olmayacaq.

Qəddafiylə bir yerdə onun oğlu Mötəsim də dəfn ediləcək.

Məlumata görə, bazar ertəsi axşam saatlarında Müəmmər Qəddafinin, onun oğlunun və keçmiş müdafiə naziri Əbu Bəkr Yunisin cəsədləri Misrata şəhərindən naməlum istiqamətdə aparılıblar.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed